09:49 - 25.12.2025
25 dekabr, Fineko/abc.az. Çərşənbə günü ABŞ və Avropada Milad tətilləri səbəbindən ticarət zəif olduğundan, etalon markaların qiymətləri bir qədər aşağı düşüb.
Fevralın 24-də Londonun ICE Futures birjasında Brent markalı neftin fyuçersləri $0,14 (0,22%) azalaraq bir barel üçün $62,24-a enib.
Nyu-York əmtəə birjasında (NYMEX) aparılan hərraclarda neftin fevral fyuçersləri $0,03 (0,05%) azalaraq bir barel üçün $58,35-a düşüb.