16:10 - 23.12.2025
23 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanından olan investorlar və ABŞ-ın özəl fondlarının konsorsiumu dünyanın ən iri video oyun istehsalçılardan və tərtibatçılardan biri olan EA-nı alacaq.
ABC.AZ xəbər verir ki, Bloomberg-in məlumatına görə, investorlar arasında Trampın kürəkəni Cared Kuşner də var.
EA-nın satışına qərar istehsalçının səhmdarları tərəfindən təsdiqlənib. Ümumi müqavilə məbləği 55 milyard dollar təşkil edir.
Bloomberg hesab edir ki, EA-nın özəlləşdirilməsi tərtibatçılara daha çox azadlıq verəcək: onlar oyunların keyfiyyətinə yönələcək.
EA 1982-ci ildə ABŞ-da yaradılıb və FIFA / EA Sports FC, The Sims, Battlefield, Apex Legends seriyaları ilə tanınır. Şirkət idman oyunları, iri AAA layihələri və çoxillik dəstəyi olan onlayn xidmətlər üzrə ixtisaslaşıb.
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026