Ukrayna iqtisadiyyatı noyabrda 3,6% artıb

15:19 - 23.12.2025


23 dekabr, Fineko/abc.az. Ukraynanın real ÜDM-i noyabrda illik ifadədə 3,6% artıb.

ABC.AZ xəbər verir ki, bu, İqtisadi Tədqiqatlar və Siyasi Konsultasiya İnstitutu tərəfindən aparılan qiymətləndirməyə əsaslanır.

Əsas artımı kənd təsərrüfatı təmin edib, burada qarğıdalının daha gec yığılması səbəbindən ümumi əlavə dəyər 36% artıb. Müdafiə sahəsi üzrə satınalmalar və ticarətin 5,5% artımı həmçinin iqtisadiyyata dəstək olub. Eyni zamanda, bir sıra sahələr təzyiq altında qalıb: hasilat sənayesi 18%, emal sənayesi 0,9%, nəqliyyat 6% azalıb, enerjidə isə azalma cüzi olub — 0,2%.