17:22 - 19.12.2025
19 dekabr, Fineko/abc.az. TikTok ABŞ-da öz strukturunun bir hissəsini amerikalı investorlar tərəfindən idarə olunan ortaq müəssisəyə satmaq üçün razılaşma imzalayıb.
ABC.AZ xəbər verir ki, şirkətin daxili sənədinə görə, strukturun 45%-i Oracle, Silver Lake və Əbu-Dabidən MGX fondu tərəfindən yaradılmış ortaq müəssisəyə keçəcək. Təxminən üçdə biri ana şirkət ByteDance-in indiki investorları ilə əlaqəli şəxslərdə qalacaq, təxminən 20%-i isə ByteDance-in özündə saxlanılacaq.
Çin və ABŞ sentyabr ayında razılaşmanın prinsipləri üzrə anlaşmışdılar. Şirkətin qiyməti 14 milyard dollar olaraq müəyyən edilib, bu, analitiklərin proqnozlarından bir neçə dəfə aşağıdır. Razılaşmanın rəsmi bağlanması 22 yanvarda baş tutmalıdır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026