Azərbaycan nefti bahalaşıb

09:59 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.95 ABŞ dolları və ya 1.52% artaraq 63.4 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında - 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.