İran və Rusiya əməkdaşlığı aktivləşib

17:04 - 17.12.2025


17 dekabr, Fineko/abc.az. İran və Rusiya arasında ikitərəfli münasibətlər əhatəli strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasından sonra xeyli genişlənib və yeni impuls əldə edib.

ABC.AZ xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bildirib. Onun sözlərinə görə, əməkdaşlıq ən fəal şəkildə iqtisadiyyat, energetika və nəqliyyat sahələrində inkişaf edir. Əsas layihə kimi isə tərəflərin birgə həyata keçirdiyi, dəyəri 1,6 milyard avro olan Rəşt–Astara dəmir yolunun tikintisini də əhatə edən beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizi göstərilir.