15:52 - 17.12.2025
17 dekabr, Fineko/abc.az. Rusiyada ucqar və az əhalisi olan yaşayış məntəqələrinin dərmanlarla təmin edilməsi üçün səyyar aptek məntəqələrindən istifadə olunması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi 17 dekabr tarixində Dövlət Dumasının elektron bazasında dərc edilib.
Sənədə əsasən, mobil apteklər 2026-cı ilin yayından etibarən ölkənin bəzi regionlarında üçillik eksperiment çərçivəsində fəaliyyət göstərəcək. Layihədə iştirak edəcək apteklər ciddi yoxlamadan sonra seçiləcək.
Layihə təşəbbüskarlarının fikrincə, təkər üzərində olan belə aptek bir həftə ərzində hər birində təxminən bir saat fəaliyyət göstərməklə 50-yə yaxın yaşayış məntəqəsinə xidmət göstərə biləcək.
Eyni zamanda, bəzi dərman vasitələrinin satışına məhdudiyyətlər tətbiq olunacaq. Belə ki, tərkibində narkotik maddələr olan, psixotrop, immunobioloji və yüksək spirt tərkibli dərmanların satışı qadağan ediləcək.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026