16:20 - 11.12.2025
11 dekabr, Fineko/abc.az. Bu il Novo Nordisk A/S-in aksiyaları o qədər kəskin düşüb ki, sanki Danimarka əczaçılıq şirkətinin sürətli yüksəlişinə səbəb olan arıqlama dərmanları ətrafındakı ajiotaj heç vaxt olmayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır.
2025-ci ildə şirkətin səhmləri klinik sınaqların məyusedici nəticələri, gəlirlə bağlı çoxsaylı xəbərdarlıqlar və piylənmə əleyhinə dərman bazarındakı kəskin rəqabət fonunda 50%-dən çox düşüb. İqtisadi tənəzzül isə 2021-ci ildə Novo Wegovy çəki azaltmaq üçün preparatının təsdiqlənməsindən sonra əldə edilən bir neçə illik heyrətamiz nailiyyətləri demək olar ki, sıfırlayıb.