15:43 - 9.12.2025
9 dekabr, Fineko/abc.az. Botaş «Türk axını» və «Mavi axın» marşrutları üzrə 21,75 milyard kubmetr qazın tədarükü üzrə “Qazprom”la müqaviləni bir il müddətinə uzadıb.
ABC.AZ xəbər verir ki, Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, müqavilənin uzadılması ölkənin tədarük təhlükəsizliyinə heç bir təhdid yaratmır, lakin Türkiyə bazarı üçün daha rəqabətqabiliyyətli qiymətlərə keçmək lazımdır. Türkiyənin özəl şirkətləri də 2040-cı illərə qədər olan uzunmüddətli müqavilələr üzrə Rusiyadan qaz idxal edir və burada rəqabətqabiliyyətli qiymət vacibdir.