Azərbaycan və "Amazon Web Services" şirkəti arasında nələr müzakirə edilib?

10:44 - 9.12.2025


9 dekabr, Fineko/abc.az. Azərbaycan və "Amazon Web Services" şirkəti arasında "bulud" infrastrukturunun inkişafı müzakirə edilib.

ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

"ABŞ-yə səfər çərçivəsində "Amazon Web Services" (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələri ətrafında da fikir mübadiləsi apardıq", - deyə o əlavə edib.