17:19 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. Yaponiyanın Mitsubishi Electric şirkəti 2028-ci maliyyə ilinə qədər süni intellekt məlumat mərkəzləri üçün optik yarımkeçiricilərin istehsalını üç dəfə artırmağı planlaşdırır. Şirkət elektromobil komponentləri bazarının yavaşlaması səbəbindən bu sahəyə yatırımları azaltmağı nəzərdə tutur.
ABC.AZ-ın məlumatına görə, optik yarımkeçiricilər işığı elektrik siqnallarına çevirir və məlumat mərkəzlərində qrafik prosessorların birləşdirilməsində, 5G baza stansiyalarında və ev interneti üçün nəzərdə tutulan qurğularda istifadə olunur. Bu cihazlar saniyədə 200 Gbit-ə qədər məlumat ötürmə sürəti təmin edir və gələcəkdə bu göstəricinin 800 Gbit/s-ə qədər yüksəlməsi mümkündür.
Qeyd olunur ki, Mitsubishi Electric, Lumentum Japan və Sumitomo Electric dünyadakı optik qurğu bazarının təxminən 70%-ni təşkil edir.
27 İyul 2026