14:09 - 3.12.2025
3 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihaz, planşet) "Chrome" brauzerinin bazar payı 82,75 % təşkil edib.
ABC.AZ "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, oktyabr ayına nisbətən 1,46 faiz bəndi, 2024-cü ilin noyabr ayı ilə müqayisədə 4,47 faiz bəndi çoxdur.
İkinci pillədəki "Safari"nin bazar payı aylıq 0,62 faiz bəndi, illik isə 2,63 faiz bəndi azalaraq 7,29 % olub.
Növbəti yerdə qərarlaşan "Opera"nın bazar payı ay ərzində 0,33 faiz bəndi, illik müqayisədə isə 0,57 faiz bəndi azalaraq 2,37 % təşkil edib.
Dördüncü yerdəki "Samsung Internet"in bazar payı aylıq 0,07 faiz bəndi, illik isə 1,57 faiz bəndi azalaraq 2,35 % təşkil edib. Beləliklə onun bazar payı illik ifadədə 40 % azalıb.
İlk beşliyi qapadan "Edge"nin bazar payı aylıq 0,12 faiz bəndi, illik isə 0,34 faiz bəndi artaraq 2,1 % olub.
27 İyul 2026