15:12 - 28.11.2025
28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 196,252 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Azərbaycan Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,7 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 34,943 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 29,7 % çoxdur.
10 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,8 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 15,1 manat olub.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772,602 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 24,2 % çoxdur.
10 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56 manat olub.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026