10:59 - 24.11.2025
24 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır.
ABC.AZ-ın məlumatına görə, Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" (NDC) adlı sənədində qeyd edilib ki, yerli istehsal hesabına elektrik avtobuslar parkını formalaşdırmaq üçün illik 500 avtobus buraxılış gücü olan "Azerbaijan Energy Automotive Factory" MMC Azərbaycan-Çin birgə müəssisəsi yaradılıb.
İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun, "SARDA Group" və Çinin "BYD" şirkətinin təşəbbüsü ilə yaradılan müəssisə 2025-ci ilin sentyabr ayının sonunda fəaliyyətə başlayıb.
Bu ilin sonuna qədər zavod 300 elektrik avtobusu (200-ü Bakı, 60-ı Naxçıvan və 40-ı Qarabağ regionu üçün) istehsal etməyi planlaşdırır.
27 İyul 2026