Hər il əlavə 500 elektrik avtobusu istismara buraxılacaq

10:45 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. Azərbaycanda 2025-ci ildə 500 elektrik mühərrikli avtobusun istismara verilməsi və 2026-cı ilədək onların sayının 1 100-ə qədər artırılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycanın yenilənmiş "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr" adlı sənəddə qeyd edilib.

Sözügedən sənəddə vurğulanıb ki, gələcəkdə hər il əlavə 500 elektrik avtobusunun istismara buraxılması nəzərdə tutulur.

Bu dövlət operatoru olan "BakuBus" və özəl daşıyıcılar tərəfindən marşrut şəbəkəsi çərçivəsində həyata keçiriləcək.

Xatırladaq ki, 2024-cü ildə ölkədə 600 elektrik avtobusu istismara verilib.