İran Rusiya biznesinə əlverişli şərait və yerli istehsallara çıxış təklif edir

12:03 - 21.11.2025


21 noyabr, Fineko/abc.az. Şimali İranın Gilan əyaləti müxtəlif istehsal sahələrinə sərmayə qoyan rusiyalı iş adamlarına hərtərəfli yardım göstərməyə hazırdır.

ABC.AZ xəbər verir ki, bu barədə vilayətin qubernatoru Hadi Hakşenas bildirib.

"Biz İranda quşçuluq və ya çay istehsalı kimi istənilən sahəyə sərmayə qoymaqda maraqlı olan rusiyalı iş adamlarına kömək etməyə tam hazırıq", — deyə qubernator bildirib.

O qeyd edib ki, hakimiyyət rusiyalı iş adamlarının Lahicandakı əkin sahibləri ilə görüşlərini təşkil etməyə hazırdır ki, onları icarəyə götürə və yerli çayı ucuz qiymətə ala bilsinlər, müstəqil olaraq ən yaxşı məhsulu seçib yığsınlar.

Qubernator, Rusiyadan olan iş adamlarına iş üçün xüsusi cəlbedici şərait təmin etmək məqsədi ilə vilayət səlahiyyətlilərinin ötən gün İranda VTB və "Mir Business Bank" banklarının nümayəndələri ilə işgüzar görüşlər keçirdiklərini bildirdi.