16:56 - 20.11.2025
20 noyabr, Fineko/abc.az. Şuşada yeni yaşayış binalarının tikintisi üzrə tender elan edilib.
ABC.AZ xəbər verir ki, “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” 36,6 milyon manatlıq tikinti və abadlıq işlərinin satın alınması üçün müsabiqə elan edib. Satınalma Şuşa şəhərinin D-3 massivində yerləşən 2-ci mərhələ çərçivəsində inşa ediləcək 7 yeni yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini əhatə edir.
Tikinti və abadlıq işlərinin ümumi ehtimal olunan dəyəri 36.671.544 AZN təşkil edir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026