“A+A Şirkətlər Qrupu” MMC nizamnamə kapitalını kəskin azaldır

15:57 - 20.11.2025


20 noyabr, Fineko/abc.az. “A+A Şirkətlər Qrupu” MMC nizamnamə kapitalını azaldır.

ABC.AZ xəbər verir ki, nizamnamə kapitalının 200 000 manata azaldığını elan edir. Şirkətlər qrupunun nizamnamə kapitalı 5 283 294 AZN təşkil edirdi.

Xatırladaq ki, MMC 2004-cü ildə yaradılıb və qanuni təmsilçisi Rauf Əliyevdir.