Mikayıl Cabbarov : Ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

16:09 - 19.11.2025


19 noyabr, Fineko/abc.az. Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2019-cu il yanvarın 1-i ilə müqayisədə 2025-ci il noyabrın 1-i tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb. ©Azərtac