17:06 - 18.10.2018
18 oktyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyəti sığorta bazarının iştirakçılarının lisenziyalaşdırılması məsələsinə baxıb.
MBNP-in məlumatında deyilir ki, İdarə Heyətinin qərarı ilə, 2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, 8 nəfərə isə yeni lisenziyalar verilib.
“İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC təkrarsığorta xidmətlərinin ləğv edilməsi üçün Palataya könüllü qaydada müraciət edib”, - məlumatda belə deyilir.
“İpək Yolu Sığorta” (Silk Way Insurance) şirkəti, aviasiya sığortasında ixtisaslaşdırılan yeganə şirkətdir. “Azərbaycan Sənaye Sığorta” şirkəti “Azersun Holding” qrupuna daxildir.
Könüllü müraciətin səbəbləri göstərilməyib.
27 İyul 2026
28 İyul 2026
28 İyul 2026