16:58 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanın “Şahdəniz” yatağından - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə - təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.
Bu barədə ABC.AZ bp-nin 2025-ci ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir.
Müqayisə üçün qeyd edilir ki, 2024-cü ilin eyni dövründə yataqda 20 milyard kubmetr qaz və 3 milyon tondan çox kondensat hasil olunmuşdu.
Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026