16:08 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Azərbaycan sığorta sektorunda "Öz müştərini tanı" modelinin tətbiq olunması üzrə işlər həyata keçirilir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində bildirib.
O bildirib ki, istehlakçılar məsafədən sığorta məhsullarının əldə edilməsinə meyilli olur.
"Bu, eyniləşdirmə məsələlərini ortaya çıxarır. Biz artıq eyniləşdirmə üzrə məsafədən satış imkanı yaradılmasını, şəxslərin eyniləşdirilməsi üzrə hüquqi tənzimləmələri həyata keçiririk. Eyni zamanda bu, bir platformadır. Sığortaçılar öz müştərilərini eyniləşdirdikdən sonra, digər sığortaçılar həmin müştəriləri eyniləşdirmə aparmadan tanıya biləcəklər", - deyə o qeyd edib. © Report
27 İyul 2026