11:20 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın yeni standartları olacaq.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində çıxış edərkən bildirib.
O qeyd edib ki, data mühəndisliyinə əsaslanan avtomatlaşdırılmış qiymətləndirmələr sığortaçılara daha dəqiq və çevik xidmətlər təklif etməyə şərait yaradır.
Onun sözlərinə görə, bütün bunlar müştəri loyalığını artırır, əməliyyat xərclərini azaldır və sığortanın davamlı inkişafına tövhə verir.
"Azərbaycanın sığorta bazarında "Inshurtech"lərin tətbiqi, tənzimləyici "sendbox" rejimləri, rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirləri requlyator olaraq AMB-nin daim diqqət mərkəzindədir" - deyə V. Qurbanov söyləyib.
Müəllif: Elmir Muradov
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026