Tramp və Takaiti "qızıl dövr" və nadir torpaq metalları haqqında müqavilələr imzaladılar

10:18 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. ABŞ prezidenti Donald Tramp və Yaponiyanın Baş naziri Sanae Takaiti iki müqavilə imzalayıblar. Bu, Amerika — Yaponiya münasibətlərinin "qızıl dövrü" və nadir torpaq metalları sahəsində əməkdaşlıq haqqında razılaşmalardır.

ABC.AZ xəbər verir ki, müqavilə bu yaxınlarda bu mənbələrin ixracını məhdudlaşdıran Çindən asılılığı azaltmaq məqsədi daşıyır. 

Görüş, Takaitinin Yaponiyanın ilk qadın baş naziri təyin edilməsindən bir həftə sonra, Trampın Asiya turu çərçivəsində Tokioda baş tutub. Daha sonra Tramp ticarət məsələlərini müzakirə etmək üçün ÇXR Sədri Si Cinpinlə görüşəcək.