Telegram ABŞ-ın tokenləşdirilmiş səhmlərinin ticarətini açıb

17:20 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Messenicerdə inteqrasiya olunmuş Wallet kriptocüzdanı Amerika şirkətlərinin tokenləşdirilmiş səhmlərinin alqı-satqısını istifadəyə verib.

ABC.AZ xəbər verir ki, Kraken və Backed Finance ilə ortaqlığı sayəsində istifadəçilər Apple, Tesla, Nvidia və S&P 500 indeksi də daxil olmaqla 60-dan çox qiymətli kağızla günün 24 saatı ticarət apara biləcəklər.

İstifadəyə verildikdən sonra Toncoin tokeni təxminən 5% artaraq 2,26 dollara çatıb.