Türkmənistan qaz hasilatını 80 milyard kubmetrə qədər artırır

15:41 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. 2024-cü ildə Türkmənistan 77,6 milyard kubmetr, 2025-ci ilin birinci yarısında isə 38,9 milyard qaz hasil edib.

ABC.AZ xəbər verir ki, gələn il təxminən 80 milyard kubmetr səviyyəsinə çatdırmağı planlaşdırır. Qalkınış yatağının işlənməsinin dördüncü mərhələsi ildə 10 milyard kubmetr proqnozlaşdırılan hasilat ilə başlayır. Bu barədə 70 ölkənin nümayəndələrinin iştirak etdiyi "Türkmənistan nefti və qazı — 2025" beynəlxalq konfransında məlumat verilib.