14:43 - 23.10.2025
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət sahələri üzrə 65-dək Estoniya şirkəti qeydiyyatdadır.
İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu barədə nazir Mikayıl Cabbarovun Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşündə məlumat verilib.
Azərbaycan rəsmisi qarşılıqlı rəsmi səfərlər, keçirilən görüşlər və işgüzar dairələrin iştirakı ilə reallaşdırılan tədbirlərin tərəfdaşlığın möhkəmləndirilməsində rolunu vurğulayıb.
O, qeyd edib ki, Estoniya ilə iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Bu ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 2 dəfədən çox artıb. İnvestisiya üzrə işbirliyi də bu ölkə ilə iqtisadi münasibətlərdə önəmli istiqamətlərdəndir.
12 Avqust 2026