11:27 - 22.10.2025
22 oktyabr, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 80,5 milyard dollara çatıb.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, bu, ilin əvvəli ilə müqayisədə 14,7 % çoxdur.
"Strateji valyuta ehtiyatlarımız 37 aylıq idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir", - deyə T.Kazımov bildirib.
Müəllif: Elmir Muradov
13 Avqust 2026
13 Avqust 2026