Azərbaycanın strateji valyuta ehtiyatları 80,5 milyard dollara çatıb

11:27 - 22.10.2025


22 oktyabr, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 80,5 milyard dollara çatıb.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, ilin əvvəli ilə müqayisədə 14,7 % çoxdur.

"Strateji valyuta ehtiyatlarımız 37 aylıq idxalı maliyyələşdirməyə kifayət edir və inanılmaz yüksək göstəricidir", - deyə T.Kazımov bildirib.

Müəllif: Elmir Muradov