Doqquz ayda Gürcüstan Azərbaycandan 153 milyon dollarlıq təbii qaz alıb

15:12 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 153 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.

ABC.AZ xəbər verir ki, bu barədə  Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% azdır.

Təkcə sentyabrda isə Gürcüstan Azərbaycandan 13,3 milyon ABŞ dolları dəyərində "mavi yanacaq" alıb. Bu, bir il əvvələ nisbətən 14% çoxdur.

9 ay ərzində Gürcüstan xarici ölkələrdən 297 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 8% çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 143,51 milyon ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları, Belarusdan 28 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.