Qazaxıstanda milli Wi-Fi operatoru yaradılacaq

11:57 - 21.10.2025


21 oktyabr, Fineko/abc.az. Qazaxıstanda sosial əhəmiyyətli obyektlərdə internetə təhlükəsiz çıxışı təmin edəcək milli operator yaradılacaq.

ABC.AZ xəbər verir ki, bu cür planlar hökumətin iclasında bildirilib. Çıxış nöqtələri sərhəd məntəqələrində, hava limanlarında, dəmir yolu və avtovağzallarda, eləcə də məktəblərdə və tibb müəssisələrində olacaq.

Birinci mərhələdə layihə 10 şəhərdə 400 lokasiyanı əhatə edəcək. 2026-cı ilə qədər şəbəkənin 10 min, 2027-ci ilə qədər isə 20 min çıxış nöqtəsinə qədər genişləndirilməsi planlaşdırılır.

Qazaxıstanda 2025-ci ildə İnternet trafikinin istehlakının 2024-cü illə müqayisədə iki dəfə artacağı proqnozlaşdırılır.