Doqquz ayda Azərbaycanda 673 ədəd dondurucular istehsal edilib

10:57 - 20.10.2025


20 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 673 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % çoxdur.

Bu il oktyabrın 1-nə Azərbaycanda 13 ədəd hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 793 ədəd məişət soyuducuları və dondurucuları istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 18 % azdır.