17:23 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 861,9 min ton dizel yanacağı istehsal edilib.
ABC.AZ-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 047,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % azalıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda 1 milyard 081,3 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 1 % azdır.
Hesabat dövründə 27,3 min ton sürtkü yağları, 190,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 9 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 44,7 %, neft bitumunun istehsalı isə 9,9 % azalıb.
Həmçinin, hesabat dövründə ölkədə 169,2 min ton maye qazlar, 518,8 min ton ağ neft, 170,4 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 11,8 %, neft koksunun istehsalı 8,5 %, ağ neftin istehsalı isə 5,3 % artıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026