16:15 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11 milyard 359,8 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,7 % azalaraq 5 milyard 951,8 milyon manata düşüb, heyvandarlıq məhsullarının dəyəri isə 1,1 % artaraq 5 milyard 408 milyon manat təşkil edib.
Oktyabrın 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3 milyon 162,3 min ton və 1 il əvvələ nisbətən 0,9 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 670,5 min ton (2,5 % az) tərəvəz, 874,8 min ton (2 % az) kartof, 802,3 min ton (1 % çox) meyvə və giləmeyvə, 458,9 min ton (6,3 % az) bostan məhsulları, 164,9 min ton (3,5 % az) üzüm, 146,6 min ton (70,2 % çox) şəkər çuğunduru, 28,8 min ton (3,6 % az) dən üçün günəbaxan, 21,1 min ton (7,1 % çox) pambıq, 6,1 min ton (48,7 % çox) tütün, 1119,9 ton (12,3 % çox) yaşıl çay yarpağı yığılıb.
9 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 434,3 min ton ət, 1 milyon 699,1 min ton süd, 1 milyon 789,4 amilyon ədəd yumurta, 14,6 min ton yun, 186,6 ton barama istehsal olunub, illik müqayisədə yumurta istehsalı 1,9 %, ət istehsalı 1,2 %, süd istehsalı 0,3 % artıb, yun istehsalı 1,3 %, barama istehsalı 22,1 % azalıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026