11:40 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra tikinti sektoru ölkə iqtisadiyyatının lokomotivinə çevrilib.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov "BakuBuild" – 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi və "Rebuild Karabakh-2025" sərgisində çıxışı zamanı deyib.
"İşğaldan tam azad olunması və ərazi bütövlüyünün bərpasından sonra ölkə yeni bir inkişaf və quruculuq dövrünə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda ilk dəfədir ki, 13,5 min kvadrat kilometr ərazidə eyni vaxtda tikinti-quruculuq işləri aparılır. Artıq 6 şəhər və 28 yaşayış məntəqəsində məcburi köçkünlər vətənə qayıdıb, 50 mindən çox əhali Qarabağda yaşayır, işləyir və təhsil alır. Bu, qısa müddətdə əldə olunan ən böyük nailiyyətlərdən biridir", - o qeyd edib. © Report
27 İyul 2026
25 İyul 2026