Neft ucuzlaşır, Brent bir barel üçün $64,94 təşkil edir

09:19 - 10.10.2025


10 oktyabr, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti aşağı düşür.

ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:17-ə olan məlumata görə $0,28 (0,43%), bir barel üçün $64,94-a düşüb. 9 oktyabr ticarətinin nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $1,03 (1,55%) – bir barel üçün $65,22-a qədər ucuzlaşıb.

Saat 09:17-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində  WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,21 (0,34%) azalaraq bir barel üçün $61,30-a düşüb. 9 oktyabr ticarətinin nəticələrinə görə, WTI neftinin noyabr ayı üçün fyuçersləri  $1,04 (1,66%) – bir barel üçün $61,51-a düşüb.