TDT üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək

17:27 - 8.10.2025


8 oktyabr, Fineko/abc.az. Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər 2026-cı ildə birlikdə peyk istehsal edəcək.

ABC.AZ xəbər verir ki, Təşkilatın Qəbələ Bəyannaməsində 2025-ci il iyulun 23-də İstanbulda keçirilən ilk iclasın nəticələrinin dəstəkləndiyi ifadə olunub.

Bildirilib ki, TDT bayrağı altında, üzv dövlətlərin ortaq mütəxəssisliyi və texnoloji gücü sayəsində əldə olunan mühüm bir nailiyyət kimi 2026-cı ildə buraxılması planlaşdırılan 12U TDT-SAT Küp Peykinin istehsalı və buraxılış prosesinin sürətləndirilməsi tapşırığı verilib.