10:28 - 8.10.2025
8 oktyabr, Fineko/abc.az. 2025-ci ilin birinci yarısında bərpa olunan mənbələrdən 5072 Tvt·s həcmində elektrik enerjisi istehsal olunub ki, bu da kömür enerjisinin göstəricisini (4896 Tvt·s) üstələyib və illik müqayisədə 7,7% artım deməkdir.
ABC.AZ xəbər verir ki, əsas artımı günəş enerjisi təmin edib — +31%, bu isə qlobal elektrik enerjisi tələbatının artımının 83%-ni təşkil edib.
Kömürdən istifadə 0,6%, qazdan istifadə isə 0,2% azalıb, ümumi enerji sektoru üzrə tullantılar da 0,2% azalıb.
Ember analitik mərkəzinin məlumatına əsasən, bu, təmiz enerjiyə qlobal keçidin ilk əlamətidir: günəş və külək enerjisi gücləri dünyanın artan tələbatını ödəyə biləcək səviyyədə inkişaf edir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026