10:16 - 3.10.2025
3 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yekununda dünyada 3,7 min ton qızıl hasil olunub.
ABC.AZ xəbər verir ki, bu barədə WGC-nin (World Gold Council) məlumatlarında qeyd edilib. Bu, əvvəlki illə müqayisədə cəmi 0,6% çoxdur.
Qızıl hasilatında liderlik Çinə məxsusdur: ölkə 10,4%-lik payla 380,2 ton qızıl istehsal edib.
Əhəmiyyətli həcmlər həmçinin Rusiyada (330 ton), Avstraliyada (284 ton) və Kanadanın (202,1 ton) payına düşür.
İlk onluğa həmçinin ABŞ (158 ton), Qana (140,6 ton), Meksika (140,3 ton), İndoneziya (140,1 ton), Peru (136,9 ton) və Özbəkistan (129,1 ton) daxil olub. WGC-nin məlumatına görə, Qazaxıstan 87 ton hasilatla 14-cü yeri tutub. Qeyd edək ki, bu göstəricilər “Metals Focus” metodologiyasına əsaslanır və burada “refined” və ya “paid gold” nəzərə alınır.
Başqa sözlə, söhbət qızıl filizinin və ya yarımfabrikatların kütləsindən yox, emal olunmuş və affinaja ən yaxın vəziyyətdə olan metaldan gedir.