10:29 - 2.10.2025
2 oktyabr, Fineko/abc.az. NASA 2035-ci ilə qədər Ayda ilk "kənd" yaratmağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Sidneydəki çıxışı zamanı qurum rəhbəri vəzifəsini icra edən Şon Daffy bildirib. Daffy, NASA-nın "Ayda insanlar üçün davamlı yaşayış şəraiti" yaratmağı planlaşdırdığını vurğulayıb.
Daffinin sözlərinə görə, qurum, yaşayış məntəqəsinin həyatını təmin etmək üçün atom enerjisindən istifadə etməyi planlaşdırır. Belə ki, çəkisi 15 tondan az olan reaktor 100 kVt elektrik enerjisi istehsal edə biləcək.
Yaşayış məntəqəsinin daim astronavtları qəbul edəcəyi vurğulanır. İlkin planlara görə, kənd, Ay səthində tapılan materiallardan tikiləcək.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026