11:11 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. 2030-cu ilə qədər Azərbaycanın içməli suya tələbatının 90 %-i ödəniləcək.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər kənd təsərrüfatı üçün suvarma tələbatının isə 95 %-i daha səmərəli şəkildə təmin ediləcək.
"2040-cı ilə qədər isə həm içməli su, həm də suvarma üzrə tam əhatəliliyə nail olunacaq. Bu məqsədlərə müasir texnologiyaların tətbiqi, yeni infrastruktur layihələri və səmərəlilik tədbirləri hesabına çatılacaq", - deyə Z.Mikayılov əlavə edib. © Report
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026