10:57 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti "təmiz enerji" istehsalçısı şirkətinə çevrilmək istədiklərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) ikinci günündə bildirib.
O qeyd edib ki, bu strategiya üç əsas istiqamət üzərində qurulub:
"Birinci istiqamət (enabler) – əsas fəaliyyətimizi dekarbonizasiya etməkdir: neft və qaz əməliyyatlarımızı, o cümlədən neft-kimya sahəsini. İkinci istiqamət – təşkilatın özünü dəyişmək, yəni şirkətin "DNT"sini dəyişmək, dayanıqlılıq mədəniyyətini gətirməkdir. Biz artıq buna başlamışıq və yaxşı nəticələr görürük. Əgər kimsə bunu etmək istəmirsə, biz onları inandıracağıq və bu prosesə cəlb edəcəyik. KPI-lardan da istifadə edirik və insanlar getdikcə daha çox anlamağa başlayırlar. Üçüncü istiqamət – aşağı karbonlu bizneslərə daxil olmaqdır, məsələn, bərpa olunan enerji istehsalı kimi. Bunu biz əvvəlki sessiyalarda da müzakirə etmişik, həmkarım da bu barədə danışıb".
"Biz neft-qaz seqmentində çox şanslıyıq, çünki çox geniş ixtisaslar mövcuddur. Bizim mütəxəssislərimiz var – mülki, kimya, mexaniki, elektrik mühəndisləri və s. Bundan başqa fəhlələr, ustalar, hüquqşünaslar, maliyyəçilər, mühasiblər də var. Onları məsələn, dayanıqlı və aşağı karbonlu bizneslərə yönəltmək o qədər də çətin deyil. SOCAR indiyə qədər bu hazırlıq üçün 300 min saatlıq təlim keçib", - deyə o əlavə edib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026