Bu tarixdə Azərbaycan banklarının xarici aktivləri 27 milyard 4,3 milyon manat olub

16:20 - 30.09.2025


30 sentyabr, Fineko/abc.az. Bu il sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 27 milyard 4,3 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 1,5 %, ötən il sentyabrın 1-nə nisbətən isə 6,4 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 20 milyard 762,6 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 2 % az, ilin əvvəli ilə müqayisədə 4,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 5,7 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 55 milyard 672,4 milyon manat olan 22 bank fəaliyyət göstərir.