11:52 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Antalyada keçirilən Anadolu Aslanları Sənayeçilər və sahibkarlar Birliyi (ASKON) tərəfindən təşkil edilən görüşdə Qazaxıstan türk sahibkarlarını xüsusi şərtlər və ixrac üstünlükləri vəd edərək investisiyalara dəvət edib.
ABC.AZ xəbər verir ki, Qazaxıstanın Antalyadakı baş konsulu Kuat Kanafeyev qeyd edib ki, dövlət başçısının islahatları nəticəsində xarici investorlar üçün əlverişli şərait yaradılır, Türkiyə isə ticarət və iqtisadiyyatda əsas tərəfdaşdır.
ASKON rəhbəri Onur Kaçar bildirib ki, Antalyanın kənd təsərrüfatı, turizm və sənaye potensialının Qazaxıstanın imkanları ilə birləşdirilməsi hər iki ölkənin biznesi üçün yeni imkanlar açacaq. Nümayəndə heyəti bir sıra istehsal müəssisələrini də ziyarət edib, “Kazakh Invest” nümayəndələri isə ticarət və investisiya imkanlarını təqdim ediblər.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026