10:55 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. Azərbaycanda "MyGov Biznes Platforması" istifadəyə veriləcək.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində deyib.
Sözügedən platformanın yaxın zamanda istifadəyə veriləcəyini deyən nazir hazırda təxminən 2 milyon Azərbaycan vətəndaşının "MyGov" platformasından aktiv istifadə etdiyini xatırladıb:
"Biz yaxın aylarda ABŞ şirkəti ilə birgə "MyGov Biznes Platforması"nı istifadəyə verəcəyik. Bu da bizneslərimizə bütün dövlət xidmətlərinə bir pəncərədən tam giriş imkanı verəcək. O cümlədən, SİMA biometrik imzası hazırda təxminən 3,3 milyon aktiv istifadəçiyə malikdir və Azərbaycan bu texnologiyanı gündəlik həyatında aktiv şəkildə istifadə edən az sayda ölkələrdən biridir".
Müəllif: Elmir Murad
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026