14:00 - 26.09.2025
26 sentyabr, Fineko/abc.az. Azərbaycanda “yaşıl iqtisadiyyat” üzrə statistik məlumatlar hazırlanacaq.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin (DSK) sədrinin müavini Yusif Yusifov bildirib.
Onun sözlərinə görə, yaxın 2-3 ildə sahənin böyük əksəriyyəti üzrə statistik məlumatların yayımlanması gözlənilir: “Azərbaycanın “yaşıl iqtisadiyyat”la bağlı statistik göstəriciləri mərhələli şəkildə toplanır və 2024-cü ildə bu göstəricilər sistemi təsdiq olunub”.
Y. Yusifov əlavə edib ki, məlumatların toplanılması zamanı əsas mənbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər sosial-iqtisadi sahə üzrə dövlət qurumlarıdır: “Toplanan məlumatlar emal edilərək istifadəçilərə təqdim olunacaq”. © Report
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026