10:34 - 26.09.2025
26 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.
8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026