11:52 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. Moskvada "Rosatom" dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçyov İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami ilə görüş keçirib.
ABC.AZ xəbər verir ki, danışıqlar zamanı tərəflər cari layihələrin gedişatını və dinc atom sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Görüşün sonunda İran ərazisində kiçik atom elektrik stansiyalarının tikintisinin həyata keçirilməsi üçün konkret addımları nəzərdə tutan anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
8 Avqust 2026
8 Avqust 2026