Neft ucuzlaşır, Brent bir barel üçün $66,27 təşkil edir

09:36 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı keçirilən hərracda aşağı düşür.

Brent markalı neftin noyabr fyuçersləri ICE Futures birjasında saat 09:33-ə olan məlumata görə, $0,30 (0,45%) azalaraq bir barel üçün $66,27-a düşüb. Sentyabrın 22 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin noyabr fyuçersləri $0,11 (0,16%) ucuzlaşaraq bir barel üçün $66,57-a çatıb.

Saat 09:33-ə olan məlumata görə, NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti $0,25 (0,40%), bir barel üçün $62,03-a düşüb. Sentyabrın 22 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,12 (0,19%) ucuzlaşaraq bir barelə $62,28-a düşüb.