İran Çabahar və Maskat arasında sərnişin xəttini işə salır

17:29 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Gələn həftə İran Çabahar limanı ilə Omanın paytaxtı Maskat arasında yeni sərnişin gəmi xəttini açacaq. 

ABC.AZ xəbər verir ki, qərar prezident Məsud Pezeşkianın sultanlığa son səfərinin nəticəsi olub. Yeni marşrut ölkələr arasında müntəzəm əlaqələr quracaq, turizm və ticarət mübadiləsini gücləndirəcək, iqtisadi əməkdaşlığı və Oman körfəzi sahilindəki Çabahar limanının strateji rolunu gücləndirəcək.